İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, Fətullah Gülənə maliyyə yardımı göstərən 5 dərnəyin ofisinə polis basqın edib.
Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdürlüyünün əməkdaşları tərəfindən keçirilən əməliyyatda Yunuz Əmrə və Şahzadələr bölgəsində fəaliyyət göstərən Manisa Sənayeçilər və İş Adamları Dərnəyi, Fəal Təhsil Dərnəyi, Milenium Məmurları Dərnəyi, Təhsil Könüllüləri Dərnəyi və Manisa İşçilər Dərəyində əməliyyat keçirib. Bir çox sənəd və kompyuterlər müsadirə olunub.
İnterpress.az