Kadırov ifadə verəcəkbackend

Kadırov ifadə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Mən məmnuniyyətlə ifadə verməyə hazıram. Nə promlem var ki. Üstəlik də bunu Nemtsovun uşaqları tələb edirsə\”, – Çeçenistan lideri \”Qovorit Moskva\” proqramının efirində bildirib.

Bununla yanaşı Ramzan Kadırov deyib ki, Nemtsovun vəkillərinin ona hansı sualları vermək istədiyini öyrənmək maraqlı olardı.

Boris Nemtsov fevralın 27-də Moskvadakı Bolşoy Moskvoretski körpüsündə qətlə yetirilib. Onun ölümü ilə bağlı 5 Çeçenistan sakini həbs edilib.

Kadırovun məhkəməyə çağırılmasını Boris Nemtsovun vəkilləri tələb ediblər.

Onlar Çeçenistan rəhbərliyi və güc strukturlarının qətlə mümkün aidiyyətini göstərən məlumatlara malik olduqlarını iddia edirlər.

Onların sözlərinə görə, Nemtsovla Kadırov arasında “uzunmüddətli ixtilaf” qətlin motivi ola bilərdi.

Nemtsovun vəkillərindən biri istintaq hərəkətlərinin Çeçenistanda dalan dirəndiyini deyib.

\”Bir ay yarım keçib. Moskva ərazisində azdan çoxdan normal istintaq hərəkətləri keçirilir. Lakin söhbət Çeçenistan barədə gedən kimi istintaq maneələrlə üzləşir”, – bbcrussian.com saytına Vadim Proxorov bildirib.

Qətllə bağlı nəzərdən keçirilən versiyalar arasında ölkədəki siyasi vəziyyətin gərginləşməsi və “islamçı ekstremist izi”nin olduğu qeyd olunub.

İstintaqa əsasən Zaur Dadayev qətli bilavasitə icra edən şəxs olub. İşlə bağlı Xamzat Baxave, Anzor və Şaid Qubaşev və Tamerlan Esgerxanov həbs olunublar.

Onların hamısı ittihamları rədd edirlər. Ötən həftə istintq müddəti yaya kimi uzadılıb. Mart ayında Ramzan Kadırov Dadayevin “əsl döyüşçü və vətənpərvər” olduğunu deyib.

\”Zaur Dadaevin öldürdüyü sübuta yetirilərsə, qoy o məhkəmənin kəsdiyi müddəti türmədə çəksin. Adam cinayət törədirsə ona görə məsuliyyət daşımalıdır”, – cümə axşamı Çeçenistan lideri deyib.

İnterpress.az