Bunu Modern.az saytına vəkil Nemət Kərimli deyib.
“Qayıtmaya bilərmi” sualına vəkil belə cavab verib: “Artıq gecdir. İnanmıram ki, bundan sonra onu əfv edələr. Nəzəri cəhətdən mümkündür, amma praktik cəhətdən inandırıcı deyil. İstənilən an onun əfv edilməsinə qanun icazə verir”.
Aprelin 24-də Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vəfatı ilə əlaqədar 7 günlük azadlığa buraxılıb.
Nərgiz Yaqublu aprelin 23-də səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib. Mərhum ötən il ailə qurub, Rusiyada yaşayırdı. Ailə qurmazdan öncə \”Yeni Müsavat\” qəzetində çalışıb. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi.
2013-cü ilin fevral ayında tutulan Tofiq Yaqublu həmin il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə 5 il azadlıqdan məhrum edilib.
İnterpress.az