Tibb işçilərinə cəsədləri yandırmaq əmri verildibackend

Tibb işçilərinə cəsədləri yandırmaq əmri verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, paytaxt Katmandunun 80 kilometr şimal-şərqindəki Lamjungda baş verən zəlzələdə ölü sayı 6200-ə çatıb. Yaralı sayı isə ən az 13924 nəfərdir.

Təxminən 28 milyon insanın yaşadığı bölgədə ölülərin saxlanılması gedərək çətinləşir. Morqların dolub-daşması səbəbiylə səlahiyyətlilər cəsədlərin bir an əvvəl yandırılması lazım olduğunu söyləyir. Zəlzələdən zərərçəkənlər dağıntılar arasında qalan cəsədlərdən yayılan qoxuya görə insanlar evlərinə qayıda bilmir.

İnformasiya naziri Minendra Rijal yaxınlarını itirən ailələrə ilkin ehtiyaclarını qarşılamaq üçün 1000 dollar verildiyini bildirib. Bununla yanaşı, ölülərin yandırılması üçün də əlavə 400 dollar veriləcək.

Azı 2 milyard dollar lazımdır

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, təxminən 600 min evi tamamilə dağıdan fəlakətdən sonra xalqın çoxu bir həftədir açıq sahələrdə yatır. Xüsusilə dağ ətəkləri və düzənliklərdəki kəndlərə yardımın yetişdirilməsi gecikir. Köməyin çatdırılmasındakı yubanmadan şikayət edən zərərçəkənlər arasında gərginlik də artmaqdadır. Bəzi bölgələrdə etirazlar təşkil edilir.

Maliyyə naziri Ram Sharan Mahat beynəlxalq içtimaiyyətə müraciət edərək ölkədəki evlərin, xəstəxanaların, hökumət binalarının və tarixi strukturların yenidən inşası üçün ən az 2 milyard dollara ehtiyac olduğunu açıqlayıb. Mahat bu ehtiyacın daha da arta biləcəyini ifadə edib.

1934-cü ildən bəri ən böyük zəlzələ

Altı gün əvvəl yaşanan fəlakət ölkədə 1934-ci ildə 10 mindən çox adamın həyatını itirdiyi 8,1 gücündəki zəlzələnin ardından tarixə yazılan ən şiddətli zəlzələ olub.

Nepal baş naziri Sushil Koirala zəlzələdə ölənlərin sayının 10 minə çata biləcəyini söyləyib. Daha çox beynəlxalq yardım tələb edən baş nazir Koirala təcili olaraq çadır və dərman yardımı istəyib.

İnterpress.az