Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dünya Bankının ölkə üzrə meneceri Larisa Leşçenko və digərləri iştirak ediblər. Tədbir iştirakçıları Nərimanov Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub, məhkəmənin təməli qoyulub.
Mərasimdə çıxış edən F. Məmmədov bildirib ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir, bu sahədə qanunvericiliyə əsaslı dəyişikliklər edilib, hakimlərin sayı iki dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb. Nazir Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində, eləcə də dövlət büdcəsi hesabına respublikanın müxtəlif bölgələrində məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlərdən danışaraq artıq 5 rayon məhkəməsi üçün yeni binaların tikilərək istifadəyə verildiyini, 11 məhkəmə üçün bina və komplekslərin intensiv inşasını qeyd edib.
İnterpress.az