Azərbaycan, Türkmənistan və Türkiyə Avropa İttifaqı ilə bəyannamə imzaladıbackend

Azərbaycan, Türkmənistan və Türkiyə Avropa İttifaqı ilə bəyannamə imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənəd bu gün Aşqabadda Türkmənistan, Azərbaycan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə imzalanıb.

Azərbaycanı danışıqlarda energetika naziri Natiq Əliyev təmsil edib.

Sənəddə deyilir ki, tərəflər istehsalçılar, tranzitçilər və enerji istehlakçılarının maraqlarını eyni dərəcədə nəzərə alan etibarlı, sabit və uzunmüddətli beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün zəruri əlverişli şəraitin yaradılmasının tərəfdarıdırlar.

Tərəflər, həmçinin Türkmənistandan Avropaya təbii qaz tədarükünün təmin edilməsində bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın vacibliyini qeyd ediblər.

Gələcək danışıqlar üçün Azərbaycan, Türkmənistan, Türkiyə və Avropa İttifaqının enerji sahəsinə cavabdeh olan struktur rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupunun yaradılması gözlənilir.

İnterpress.az