Bu ölkədə 40 min İŞİD-çi varbackend

Bu ölkədə 40 min İŞİD-çi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İŞİD-in sözüçü, eyni azmanda Mosuldakı əsas nümayəndəsi heasbe dilən Əbu Saad Ənsari iddia edib.

O, ötən gün Mosul şəhəri mərkəzindəki xəlifə camisində cümə xütbəsi oxuyub. Xütbəsində İŞİD-in sıralarının hər gün genişləndiyini, dünyanın bir çox yerindən onlara qoşulmaq istəyənlərin olduğunu və sadəcə İraqda 40 min könüllü döyüşçüyə sahib olduqlarını dilə gətirib.

250 nəfərə yaxın insanın iştirakı ilə baş tutan cümə namazında Ənsari Mosulun özündə 20 min İŞİD silahlısının yaşadığını vurğulayıb.

Qeyd edək ki, Mosul şəhəri 2014-cü ilin iyun ayından bəri terrorçuların işğalı altındadır.

İnterpress.az