İnterpress.az xəbər verir ki, hadisə Pakistanın Rahimyar – Xan dairəsinin Pəncab rayonunda baş verib.
20-ə yaxın qarətçi Kaça rayonunda yerləşən polis bölməsinə basqın edərək əsayiş keşikçilərini aparıblar.
Qarətçilər həmçinin polis bölməsində olan bütün silah-sursatı özlərilə aparıblar.
Ölkənin Polis Departamenti qaçırılmış polislərin axtarışı istiqamətində əməliyyata başlayıb.
İnterpress.az