Səhiyyə Nazirliyi Taun Əleyhinə Stansiyanın direktor müavini Şaiq Qurbanov İnterpress.az-a bildirib ki, “quş qripi”nin ölkəmizdə yayılma təhlükəsi müşahidə olunmayıb: “Mütəmadi olaraq iş aparılır, heç bir təhlükə müşahisə olunmayıb. Quş qripi arasında ən təhlükəlisi insana keçmək baxımından H5N1-dir. Bu virusla bağlı ölkəmizdə heç bir narahatlıq yoxdur”.
Xatırladaq ki, ölkəmizə Türkiyədən quş əti idxal edilsə də, virusun yayıldığı bölgədən quş əti gətirilmir.
Elnarə
İnterpress.az