Xəzər rayonu, Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevanı 40 yaşlı sevgilisi Lətif Babayev bıçaqlayıb. Məlumata görə, qanlı hadisə dünən saat 20 radələrində baş verib. Nərgizin qeyri-rəsmi yaşadığı Lətiflə mübahisəsi düşüb. Mübahisə qanlı sonluqla bitib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları L.Babayevi artıq saxlayıblar. Milli.az bölmədən qanlı sonluqla bitən hadisənin səbəbinin öyrənib.
L.Babayev sevgilisini qısqandığını və buna görə də bıçaqladığını deyib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
İnterpress.az