AMEA-nın İqtisadiyyat İnstitutunda keçirilən görüşü, İnstitutun direktoru professor Nazim İmanov açıb.
Millət vəkili oxucularını salamlayıb, onlarla görüşməyin necə sevindirici olduğunu və bu ənənənin getdikcə unudulmasından gileylənib. Tədbirin aparıcısı Rəsmiyyə Sabir oxuyuculara “Savalan” musiqi ansamblının ifasında şairin şeirlərini təqdim edib.
Sabir yaradıcılığı haqqında bir çox ziyalılar çıxış edib, nitq söyləyiblər.
Akademik Teymur Kərimli xalq şairi haqqında “ Nizami, Füzuli, Nəsimi yaradıcılığının zirvəsini biz nəsil üçün fəth edən Sabir Rüstəmxanlı yaradıcılığı öz şeirlərində elmi və fəlsəfi çağrışları ilə daima fərqlənib və irəliləyir.”nitqində vurğulayıb.
Daha sonra görüş, şairin sözlərinə yazılmış mahnılar və özünün ifasında şeirlər səsləndirməklə davam edib. Sonda İnstitutun rəhbərliyi xalq şairinə yaddaş guşəsi təqdim edib və xatirə fotosu çəkdiriblər.
İnterpress.az