İnterpress.az xəbər verir ki, bu iddia ilə CHP baş katibi Gürsel Tekin çıxış edib. Tekin bildirib ki, əməliyyat cümə axşamı və yaxud cümə günü keçirilə bilər.
AKP-nin və hökumətin olduqca təhlükəli bir oyunun içində olduğunu deyən CHP rəsmisinin ordunin 2 günə Suriyaya daxil olması ilə bağlı xəbəri şok effekti yaradıb: “Bu məlumat olduqca etibarlı mənbədən alınıb. Eyni mənbə daha əvvəl də Süleyman şah türbəsinin İŞİD-ə veriləcəyini bildirmişdi. Mənə verilən məlumata görə, bu axşam ya da sabah əməliyyat keçiriləcək və ordu Suriyaya daxil olacaq. Qoy çıxıb bu iddianın yalan olduğunu söyləsinlər”.
İnterpress.az