Ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.
Məlumata görə, 6 nəfərin adı siyahıdan çıxarılıb: Riadh Ben Belkassem Ben Mohamed Al-Jelassi, Samir Abd El Latif El Sayed Kishk, Al-Azhar Ben Mohammed Ben El-Abed Al-Tlili, Faouzi Ben Mohamed Ben Ahmed Al-Jendoubi, Ahmed Hosni Rarrbo Na, Najib Ben Mohamed Ben Salem Al-Waz.
Ümumi siyahının son versiyası qurumun internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə, aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.
İnterpress.az