Xaçmazda güclü yağış nəticəsində piyada körpüsü dağılıbbackend

Xaçmazda güclü yağış nəticəsində piyada körpüsü dağılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sel nəticəsində çayda suyun səviyyəsi qalxıb. Bunun nəticəsində kəndlilərin avtomobil yolu kimi istifadə etdiyi Alıc Qışlaq, Qaracik, Aşağı Zeyid, Qədimalı Qışlaq kəndlərinə gedən yol bağlanıb.

Xaçmaz Suvarma Sistemləri İdarəsinin şöbə müdiri İsmət Hüseynovun verdiyi məlumata görə, çayda su çox olduğundan hazırda ərazidə texnikanın işləməsi mümkünsüzdür. Onun sözlərinə görə, yarana biləcək təhlükəni aradan qaldırmaq üçün qısa müddətdə əraziyə texnika cəlb olunacaq.

Qeyd edək ki, mayın 5-də şimal bölgəsində bəzi yaşayış məntəqələrinə güclü yağıntının düşməsi nəticəsində çaylarda suyun səviyyəsi 5-12 sm artıb. Xaçmaz rayonu ərazisindən keçən bütün çaylarda suyun səviyyəsi qalxıb, lakin daşqın təhlükəsi yoxdur. ( apa )

İnterpress.az