Hadisə gecə axşam saatlarında baş verib.
Qusar sakini 26 yaşlı Renat Tahirov ağır halda xəstəxanaya yerləşdirilib. Onun bədənində 11 bıçaq yarası olub. Xəstə huşsuz vəziyyətdə olub. Onu dərhal əməliyyat ediblər.
Hazırda xəstənin vəziyyəti orta-ağır olarq qalır.
Araşdırmalar zamanı Renat Tahirovun Xaçmaz rayon sakini tərəfindən vurulduğu məlum olub. Polislər hadisəni törədən şəxsin kimliyini müəyyən ediblər. Hazırda onun axtarışları gedir.
Faktla bağlı araşdırma aparılacaq. ( anspress.com )
İnterpress.az