İnterpress.az xəbər verir ki, ölkədəki kriminal durumun əks olunduğu hesabatda kriminal qruplaşmaların artıq “ixtisaslaşdığı” vurğulanır. Belə ki, insan qaçaqmalçılığı yaxud kompyuter cinayətləri ilə artıq ayrı-ayrı cinayətkar qruplaşmalar məşğul olur. Onlar bir-birinin sahəsinə müdaxilə etmir.
Əgər əvvəllər bir çox cinayətkar qruplaşmalar narkotiklərin qanunsuz dövriyyəsi, sutenyorluq və ya silah qaçaqmalçılığı ilə gəlir əldə edirdilərsə, indi pul daha çox iqtisadi cinayətlərdən, fırıldaqçılıqdan qazanılır.
Ölkədə təsir dairəsi olan beynəlxalq cinayətkar qruplaşmalara gəlincə isə, İsveç polisi xüsusilə keçmiş SSRİ ölkələrindən şikayətçidir. Belə ki, bu ölkədə də Balkanlardan, Asiya və Qafqaz ölkələrindən olan “qanuni oğru”ların nüfuzu və təsir dairəsi böyükdür. Sənəddə bu cinayətkar qruplaşmaların “qanuni oğru”lara məxsus olduğu vurğulanır.
Elnarə
İnterpress.az