İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Başqırdıstanda qeydə alınıb.
İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan altı nəfər xəstəxanaya yerləşdirilib.
Qiyam 100-dək məhbusun mövcud rejimin yüngülləşdirilməsi və həbsxana dükanındakı məhsulların qiymətinin azaldılması tələbindən sonra baş verib. Etiraz əlaməti olaraq onlar digər məhbuslara xəsarətlər yetiriblər.
Hazırda faktla bağlı araşdırma aparılıb.
İnterpress.az