Avropadan Əjdər Tağızadəyə cavab: “İtirən tapandan çox sevinər!”backend

Avropadan Əjdər Tağızadəyə cavab: “İtirən tapandan çox sevinər!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, DAK təmsilçiləri iddiaların təşkilatı yenidən parçalamağa xidmət etdiyini vurğulayıb: “Güney Azərbaycan Milli Azadlıq Hərəkatı fars şövinistlərinə və onun basqı qolu Tehran rejiminə qarşı mübarizə aparır. Güney Azərbaycanın dövlətçiliyi, Bütöv Azərbaycanın qurulması Azərbaycan Milli Hərəkatının dəyişməz amacıdır. Sözsüz ki, bu yolda partiyaların, qurumların, milli fəalların və milli aydınların böyük rolu vardır.

Artıq 21-ci yüzillikdə Azərbaycan Türk Milləti sömürülmüş toplum kimi yaşamaq istəmir. Bu fakt açıqcasına görünməkdədir. Güneydə milli fəalların bağımsızlıq uğrunda canla-başla sınırsız zindan, işgəncə, sürgün və gizli edamlara yürüməsi, dünya çapında isə içərinin ayrılmaz parçası olan milli-siyasi qurumların rasist rejimə qarşı yorulmaz mücadiləsi bu gerçəyin danılmaz güzgüsüdür.

Fundamentalist farsçı İran İslam Cümhuriyyətinin başlıca qorxusu Azərbaycan Türk Millətinin ayaqlanmasıdır. \”2006 may ayaqlanması\” kimi kütlə hərəkatının sürəci Tehran rasizmi üçün kəskin çöküş kabusudur. Bu üzdən rejim üçün ən gərəkənlərdən biri (ustası İngiltərə kimi) birlik pozma siyasətidir. Farsçı rejim,bu haqda ortada olan eqopsixologiya və fanatizm amilindən bacarıqla yararlanmağa çalışır. Rasist rejim Güney Azərbaycan bağımsızlığı uğrunda oluşan milli birliyi dağıtmaq üçün eqoizmə, ehtirasa, fanatizmə və cahilcəsinə qəhrəman obrazı sevdasına tutulan şəxslərdən istədiyi kimi yararlanır. Bu şəxslər özləri də bilmədən düşmən sandığı farsçı rejimin işlək fiquruna çevrilir, rejimin ən dilədiyi oyunlara girərək türk millətinə kəskin zərbələr endirirlər. Tehran rejimi və sömürgəçi dövlətlərin işinə gələn belə şəxslərin ilk addımları Azərbaycan uğrunda dava arxadaşlarına daşlanmaqla başlayır. Şəxsi çıxarlarını milli çıxarlara üstün tutan belə \”fəal\”ların bitmək bilməyən qarayaxmaları və aşırı ittihamları az bir zaman içində İran ETTELAAT-ı tərəfindən geniş kampaniyaya çevrilir və Azərbaycan Milli Hərəkatına qarşı inanılmaz təxribat meydanı oluşdurur.

Son illərdə DAK-ı parçalamaq yolunda yeni “DAK” yaratma, Güney Azərbaycan Sürgün Parlamentinin (GASP) qarşısını almaq üçün yeni “Güney Azərbaycan Sürgün Parlamenti”(GASP) yaratma cəhdlərinin ETTELAAT tərəfindən alqışlanması bu gerçəyi daha aydın göstərir.

Son günlərdə İstanbulda DAK-ın 13-cü qurultayı keçirildi. 18-19 apreldə keçirilən qurultay haqqında olumlu-olumsuz baxışların açıq-aydın mediaya çıxması çox sevindiricidir. DAK-a qarşı haqlı tənqidləri qurumun məsulları can və könüllə qəbul etməlidirlər. Doğrusu, DAK-da çoxlu prinsipial və ilkəsəl sorunlar var. DAK-ın təşkilatı, struktur, maliyyə və strateji problemləri var. Bunu görmədən keçmək olmaz. DAK-ın Güneylə bağlı böyük fürsətlər qaçırmasına göz yummaq olmaz! DAK-ın güclü və aparıcı qurum olmasıyla bağlı hər hansı demokratik tənbeh, sunulan yol xəritəsi, DAK İdarə Heyəti tərəfindən sevə-sevə qarşılanmalı və ciddi şəkildə öyrənilməlidir. Ancaq təxribat və dağıdıcı amaclı çıxışlarla Tehran rejiminin yoluna su səpənlərin hesabı bambaşqadır. Kimsədən asılı olmayaraq Azərbaycan Milli Hərəkatı çirkablı hədəflərdən uzaq tutulmalıdır. Bu qutsal dava, siyasi əxlaqdan yoxsul davranışlardan arıtlanmalıdır. Güneyli-Quzeyli Azərbaycan türkü öz demokratik ruhu ilə bilimsəlləşmə uğrunda çeşidli gericiliklərlə mücadilə etməlidir. Artıq keçəri duyğu oyandıran əl-qol uzatmaqla, səs tonuyla deyil, milli tərbiyə, siyasi kültürlə bilimsəl göstəriş zamanıdır!

300 insanın gözü önündə üzvlük mandatını Divana verərək, “Sabir bəy, bu gündən sonra mənim DAK-da heç bir fəaliyyətim yoxdur!” deyib DAK İdarə Heyətinə düşməyən şəxsin “DAK Daimi Şura” sədri adına yenidən mediada çıxış etməsinin hansı siyasi əxlağa sığması böyük soru işarəti olmalıdır! DAK-ın Güneydən uzaqlaşmasında, güneylilərdən boşalmasında (Son qurultayda 7 güneyli DAK İH-nə seçildi) başlıca suçlu rol sahibi olan şəxsin DAK-dan uzaqlaşması atalarımızın “İtirən tapandan çox sevinər!” sözünü xatırladır!

DAK kimsənin ata malı deyil. DAK bacararsa millətin malı olmalıdır! 50 milyonluq bir milli amacın sürəc aracı olmalıdır! DAK zaman içində güclü, vaxtaşırı isə gücsüz duruma düşə bilər. Stratejisinə xidmət edən şəxsləri içinə alar və zaman sürəcində dəyişər. Siyasal əxlaq və kültür əsasında yönətim qəbul edər və həmin tərzilə işdən azad edər. Yönətim dəyişiminə gedərkən güclənər və ya əsk duruma düşər. Ancaq, namərdcəsinə içdən parçalanmağı haqq etməz! Bu günədək bunu bacarmış, bundan sonra da bacarmasını umarıq!\”

İnterpress.az