Bill Klinton Ağ Evə qayıdacağına ümid edirbackend

Bill Klinton Ağ Evə qayıdacağına ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu, keçmiş prezidentin xanımı Hillari Klintonun 2016-cı ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə mümkün olacaq.

Eks-prezident bu barədə CBS telekanalına müsahibəsində deyib.

Amerikaya 1993-2001-ci illərdə rəhbərlik etmiş Bill Klinton qeyd edib ki, Ağ Evə qayıtmaq şansı 100 faizdir: “Mənim prezidentlikdən sonrakı təcrübəm göstərir ki, partiya mənsubiyyətindən asılı olmayaraq prezident xahiş edirsə, əməl edirsən. Mən ümid edirəm ki, Hillaridə qələbə alınacaq”.

İnterpress.az