Bunun nəticəsində Bakı-Sumqayıt və əks istiqamətdə tıxac yaranıb.
Hazırda Xırdalan dairəsində yol-patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləməyə çalışır.
Təmir işlərini Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC həyata keçirir.
“Azəryolservis” ASC-dən bildiriblər ki, bu yol yağış- kanalizasiya sistemində yaranmış problemlərin aradan qaldırılması ilə məqsədilə bağlanılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytında bağlanmış ərazinin icra vəziyyətinin məlumatı bölməsində də bu barədə xəbər yerləşdirilməyib. Eyni zamanda, mərkəzin yolda vəziyyət xəritəsində də Bakı-Sumqayıt yolunda tıxacın olmadığı əks olunub.
İnterpress.az