İran 2 ölkəni təhdid etdibackend

İran 2 ölkəni təhdid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın baş qərargah rəisinin köməkçisi general Məsud Cəzairi Yəmənə göndərilən yardım gəmilərə maneə törədiləcəyi təqdirdə bölgədə nəzarəti çətin olacaq bir yanğının çıxacağı xəbərdarlığını edib.

General Məsud Cəzairi İranın Yəmənə göndərdiyi yardım gəmilərinə Səudiyyə Ərəbistanı tərəfindən maneənin törədilməsi nəticəsində ölkəsinin bir daha soyuqqanlı olmayacağını qeyd edib.

Məsud Cəzairi bildirib: “Açıq deyirəm ki, İranın soyuqqanlılığının da bir sərhədi var. İranın bölgə ölkələrinə göndərdiyi yardım mövzusunda Səudiyyə Ərəbistanı, ABŞ və bəzi digər ölkələr bundan çox maneə yaradırlarsa, bölgədə onların nəzarət etməkdə çətinlik çəkəcəyi bir yanğın çıxar\”.

İnterpress.az