Lənkəranda körpü uçdubackend

Lənkəranda körpü uçdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Ələt-Astara magistralının 185 kilometrliyində, yolun rayonun Liman şəhəri ərazisindən keçən Boladıçay üzərindəki körpüdə qeydə alınıb.

Hadisə nəticəsində uzunluğu 50, eni 7 metr olan körpü tən ortadan 14 metr uzunluğunda dağılaraq yarasız vəziyyətə düşüb.

Hadisə yerinə 42 saylı Lənkəran rayon Yol İstismar Sahəsinin əməkdaşları cəlb olunub. Qurumun baş mühəndisi Mövsüm Həsənov bildirib ki, ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində baş verib.

“Bir neçə maşın ardıcıl olaraq körpüdən keçməsi nəticəsində körpünün orta aşırım tirindən 3 rels sınıb. Yaxşı ki, qəza baş verməyib. Bu körpünün aşırım tinləri dəyişdirilməlidir. Dayaqlar normal vəziyyətdədir. Hələlik körpüdən alternative yol verəcəyik ki, körpü təmir olana kimi hərəkət bərpa olunsun”, – deyə Mövsüm Həsənov bildirib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları, habelə xeyli sayda ağır texnika cəlb olunub. Hazırda nəqliyyat vasitələri alternativ Lənkəran-Boradigah və Boladi-Zövlə yollarından istifadə edir. Körpünün təmirinə ən azı 1 həftə vaxt lazım olacağı bildirilir.

Qəzanın nəticələrinin aradan qaldırılması, alternativ yolun salınması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, uçan körpü 50 il bundan əvvəl istifadəyə verilib. ( anspress.com )

İnterpress.az