İTV Yayım Şurasına yeni üzvlərin namizədlikləri irəli sürülübbackend

İTV Yayım Şurasına yeni üzvlərin namizədlikləri irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitə sədri Nizami Cəfərovun sədrliyi ilə keçən iclasda MM aparatının şöbə müdiri Adilə Abbasova namizədləri təqdim edib. Bunlar namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülən Zeynalov Vüqar Eldar oğlu, Ələkbərov İsmayıl Xəlil oğlu, gənclər təşkilatları tərəfindən irəli sürülən Seyidov Mirhəsən Mirheydər oğlu, Həsənəliyev Turqay Eldar oğlu, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Yusifova Sevil Şərif qızı, Abdullayeva Ülkər İsmayıl qızıdır. Bildirilib ki, qeyd olunan şəxslərdən ümumilikdən 3 nəfər seçiləcək. Onlar artıq müddətləri bitmiş Namiz Məmmədovun, Fuad Muradovun və Zərifə Salahovun yerlərinə seçilirlər.

İclasda bütün namizədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İnterpress.az