Dövlət başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxıblar.
Prezident İlham Əliyevə burada görülən işlərlə bağlı məlumat verilib. Qeyd edilib ki, ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. Burada maneəli yarış meydançası da qurulub.
BMX veloparkında 1197 tamaşaçı yeri yaradılıb. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub. Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar da var.
Veloparkla tanışlıqdan sonra dövlət başçısı “Synergy Baku Cycling Project” velosiped komandasının üzvləri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
İnterpress.az