Hacı İbrahim Nehrəmli \”Bandotdel\”də ifadə verir.
\”Avesta\” holdinqin sahibi Hacı İbrahim Nehrəmlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mediada xəbərlər yayılıb. Ancaq hələ nə sözügedən saxlanılmanı həyata keçirən orqanlar, nə də iş adamının rəhbərlik etdiyi şirkət tərəfindən hər hansı rəsmi bir açıqlama yoxdur.
Musavat.com-un əməkdaşı \”Avesta\” şirkəti ilə əlaqə saxlayaraq söz-söhbətlərin və yayılan materialların nə dərəcədə həqiqətəuyğun olduğunu dəqiqləşdirmək istəyib. Şirkət yetkililərindən biri bildirib ki, Hacı İbrahim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və hazırda da oradadır: \”Hacı İbrahimi Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə almağa dəvət ediblər. Onun istintaqa çəlb edilməsinin \”Xəzər adaları\” layihəsi ilə heç bir əlaqəsi yoxdur. İstintaqa da özü gedib. Hazırda da oradadır (saat 15.20). Onun həbs ehtimalı yoxdur. Saat 18 radələrində BMCMİ-dən çıxması gözlənilir\”.
***
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı vinegret.az saytı yayıb. Saytın yazdığına görə, iş adamı bu gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Məlumatı Hacı İbrahimin layihəsi olan “Xəzər İsland”da çalışan məsul şəxslərdən biri təsdiqləyib. O, AzNews.az-a bildirib ki, hər gün adalarda olan Hacı İbrahim bir neçə gündür ki, iş yerinə baş çəkmir: “Dünən axşam isə eşitdik ki, onu həbs ediblər”.
Həmin şəxs bilidirib ki, bu gün adada aparılan işlərə son verilib: \”Bütün tikinti işləri dayandırıldı\”.
İnterpress.az