“Azəryolservis”dən Lənkəranda uçan körpü ilə bağlı açıqlamabackend

“Azəryolservis”dən Lənkəranda uçan körpü ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində ötən gün saat 20:00 radələrində körpünün orta aşırımında 3 ədəd aşırım tiri sınıb: “Nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb”.

“Azəryolservis”dən bildiriblər ki, minik avtomobillərin sürücüləri yaxınlıqdakı alternativ körpüdən istifadə etməklə hərəkətlərini davam etdirə bilərlər. “Ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün isə çay yatağına boru düzülərək alternativ yol düzəldilir. Yol yaxın saatlarda tam hazır olacaq. Bundan başqa nəqliyyat vasitələri alternativ olaraq M-3 (186 km)-Boladi-Zövlə yolundan istifadə edə bilərlər”, -deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.

İnterpress.az