Milli Şuranın mitinqi təxirə salındıbackend

Milli Şuranın mitinqi təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzin üzvü Namizəd Səfərovun İnterpress.az-a verdiyi məlumata görə, Milli Şura BŞİH-nin mitinqin mayın 16-da keçirilməsi ilə bağlı cavabını qəbul etməyib. Beləliklə də mitinq təxirə salınıb.

Milli Şura eyni zamanda BŞİH-nin budəfəki cavabı ilə bağlı da məhkəməyə müraciət edəcək. Məhkəmədə Milli Şuranı hüquqşünas Namizəd Səfərov müdafiə edəcək.

Qeyd edək ki, AXCP İdarə Heyəti də sabah mitinqlə bağlı BŞİH-nin cavab məktubunu müzakirəyə çıxaracaq.

Elnarə
İnterpress.az