Milli Məclis Avropa Parlamentilə bağlı dinləmə keçirdibackend

Milli Məclis Avropa Parlamentilə bağlı dinləmə keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkilləri, QHT və media nümayəndələrinin iştirakı ilə baş tutan dinləmədə Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə hazırlaması, Avropa Oyunlarına baykot çağırışlari, qarayaxma kampaniyası aparması müzakirə edilib.

Ali qurumun bir sıra məsələlərdə Azərbaycanla bağlı hazırladığı hesabatın qərəzli, həqiqətə uyğun olmadığı söylənilib.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır.

“Dinləmələrin təşkilatçılarından biri Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçekdir. Lunaçek Yaşıllar partiyasını təmsil edir. Qeyd edim ki, bu şəxs 15 aprel 2015-ci ildə qondarma erməni soyqırımı ilə bağlı hazırlanan qətnamənin müəllifidir”, – deyə millət vəkili Azay Quliyev bildirib.

İnterpress.az