Diri-diri meşədə basdırdı, geri dönüb yeməyi planlaşdırırdıbackend

Diri-diri meşədə basdırdı, geri dönüb yeməyi planlaşdırırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iki uşaq anası 55 yaşındakı Natalya Pasternak ağaclardan süzülən təbii su gətirmək üçün meşəyə gedib. Bu zaman bir ayının hücumuna məruz qalıb və hərəkətsiz qalıb. Hərəkətsiz qalan qadını ölü zənn edən ayı onu özünə azuqə etmək üçün diri-diri basdırıb.

Ancaq xoşbəxtlikdən qadın ölməyib. Natalya Pasternakın itdiyini xəbər verən yoldaşı qadının həyatını qurtarıb. Axtarış-əməliyyat qrupunun üzvləri Pasternakı qanlar içində torpaq və yarpaqların altında gizlədilmiş halda tapıb.

Ayı tərəfindən canlı-canlı ustalıqla basdırılan qadın hazırda ağır vəziyyətdə xəstəxanadadır. Qadını daha sonra yeməyi planlaşdıran 4 yaşlı dişi ayı isə əməliyyatçılar tərəfindən öldürülüb.

Diri-diri meşədə basdırdı, geri dönüb yeməyi planlaşdırırdı

İnterpress.az