Allahu əkbər” deyən aparıcı hədəfə alındı – VİDEObackend

Allahu əkbər” deyən aparıcı hədəfə alındı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın İslam əleyhdarı olan Azadlıq Partiyasından (PVV) olan millət vəkili Bosma “Bu, insanların Allah adına öldürülmədən əvvəl eşitdikləri son sözdür” deyərək aparıcıya etirazını bildirib.

İnterpress.az xəbər verir ki, Hollandiyada Ajouad El Miloudi adlı müsəlman aparıcının televiziya proqramı üçün mindiyi yüksək lunapark qatarında qorxudan “Allahu əkbər \’” deyə hayqırması Azadlıq Partiyasına mövzu olub.

PVV-dən olan millət vəkili Martin Bosma “Bu, insanların Allah adına öldürülmədən əvvəl duyduqları son sözdür \’\’ deyərək bununla bağlı əlaqədar qurumlara müraciət edəcəyini bildirib.

Televiziya səlahiyyətliləri isə “Allahu əkbər”in “Allah böyükdür” mənasına gəldiyini deyib: “Bunun müzakirə mövzusuna çevrilməsini anlamaq mümkün deyil”.

İnterpress.azhttps://youtube.com/watch?v=wfTtNQLyMx0