Bunu İnterpress.az-a partiyanın Şəki şöbəsinin sədri Rauf Əbdürrəhmalı bildirib.
Onun sözlərinə görə, tikili əvvəllər texniki-peşə məktəbinin istehsalat binası olub: “İndi qəzalı vəziyyətdədir. Hazırda yerləşdiyimiz qərargah Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən satılıb. Təcili olaraq binanı boşaltmağı tələb edirlər. Əvəzində isə qəzalı bina təklif edilir. Müsavat Partiyasının rayon təşkilatı ilə eyni binada otururuq. İndi hər ikimizə bu bina təklif edilir”.
Təklifdən imtina etdiklərini deyən Rauf Əbdürrəhmanlının sözlərinə görə, Dövlət Komitəsinin əməkdaşları imtina ilə bağlı rayon icra hakimiyyətinin başçısını məlumatlandıracaq.
Elnarə Əlosmanqızı
İnterpress.az