14 iş adamı sərbəst buraxıldıbackend

14 iş adamı sərbəst buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna səbəb həmin şəxslərin kredit borclarını tam ödəməsidir.

Qeyd edək ki, bəzi iş adamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək qaytarmayıblar. Buna görə də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb və bəzi iş adamları cəlb ediliblər.

Bu cinayət işi çərçivəsində Nərimanov rayon Məhkəməsi tərəfindən \”PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda böyük məbləğdə kredit borcu olan \”Avesta\” Holdinqin sahibi İbrahim Nehrəmli istintaqa cəlb edilib.

İnterpress.az