Azərbaycan baş naziri Vyetnam prezidenti ilə görüşübbackend

Azərbaycan baş naziri Vyetnam prezidenti ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Artur Rasizadə Azərbaycan-Vyetnam münasibətlərinin yüksək səviyyədə olduğunu və bunun dərin tarixi köklərə əsaslandığını vurğulayıb. Baş nazir qeyd edib ki, Azərbaycan regional və dünya əhəmiyyətli iri enerji layihələri həyata keçirir. Bununla bərabər, Azərbaycan qeyri-neft sektorunun inkişafına da böyük diqqət yetirir.

Görüşdə Vyetnam Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib.

Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurları yüksək qiymətləndirdiklərini söyləyib. Ali qonaq ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İnterpress.az