İnterpress.az xəbər verir ki, görüşdə iqtidarı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı təmsil edir. Müxalifət düşərgəsindən isə görüşdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, BAXCP baş katibi Zöhrab Abdullayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak edir.
Ə. Həsənov giriş nitqi ilə çıxış edib. Görüş mətbuatın iştirakı olmadan davam etdirilir.
Müzakirələrin Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı olduğu bildirilir.
İnterpress.az