Göygöldə iki avtomobil toqquşubbackend

Göygöldə iki avtomobil toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə mayın 15-də saat 11.00 radələrində rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon Bayan kənd sakini, 1997-ci il təvəllüdlü Ruslan Məhərrəmovun idarə etdiyi “VAZ21011” markalı avtomobillə “Ural” markalı yük avtomobili toqquşub. Nəticədə “VAZ21011”-in sürücüsü və onun bacısı, 1995-ci il təvəllüdlü Ayşən Məhərrəmova yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az