Mayın 18-də Bakı və Abşeron yarımadasında cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın bölgələrində mayın 18-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək.
Temperaturun gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı proqnozlaşdırılır.
İnterpress.az