Yəməndə müharibə yenidən başladıbackend

Yəməndə müharibə yenidən başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi ilə koalisiya qüvvələrinə məxsus təyyarələr Aden vilayətində husilərin Xüsusi Qüvvətlər Komandanlığına adi hədəfləri vurub. Hücumlarda ölən ya da yaralananların olub-olmadığına dair məlumat verilməyib. Yəməndə paylanan yardımlar isə ehtiyacı qarşılamağa kifayət etməyib.

Yəməndə yerli saatla 23.00 – da sona çatan atəşkəsdən sonra xüsusilə cənubdakı şəhərlərə göndərilən humanitar yardımı çatdırmaq mümkün olmayıb.

Güclü qarşıdurmaların yaşandığı Aden, Taiz, Əd-Dali, Abyən və Lahic şəhərlərində xalqın ancaq bu yardımlara ümid edir.

Yəmənin ticarət və iqtisadiyyat paytaxtı hesab edilən Aden və Abyəndə yaşayan sakinlər yaşadıqları çətinliklər barədə danışıblar.

Adəni Ət-Təvahi mahalındakı Vaddah Dialoq və İnkişaf Təşkilatının rəhbəri Arif Naci “Təəssüf ki, atəşkəsdən heç istifadə edə bilmədik. Çətinliklərimiz gün keçdikcə artır” deyib.

Naci yardımların başqa bölgələrə getdiyini və Adənin çox az bir qisminə çatdığını vurğulayıb.

Abyən sakini Salim Naci əl-Kasıb də “Nə kömək gəldi, nə elektrik, nə su, nə də qazımız var. Gecə gündüz evlərimiz bombalanır. Böyük ümidlər bağladığımız atəşkəs də başladığı kimi bitdi. Maaşlarımızı vermədiklərindən un və şəkər belə ala bilmirik, humanitar yardımlar da gəlmədi, bəzilərimiz aclıq həddindəyik”.

İnterpress.az