Türkiyə “Muhaciri”i vurubbackend

Türkiyə “Muhaciri”i vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, baş qərargah tərəfindən müəyyən edilən pilotsuz təyyarəyə vurulmazdan əvvəl xəbərdarlıq edilib.

Ancaq təyyarı geri dönməyib. Bundan sonra Adanadan qalxan iki “F-16” döyüş təyyarəsi pilotsuz vasitəni zərərsizləşdirib. Türkiyə sərhədindən 7 mil içəriyə daxil olaraq təxminən 5 dəqiqə uçan pilotsuz təyyarə vurulduqdan sonra sərhədin Suriya tərəfinə düşüb.

Məlumata görə, Suriya ordusunda İran istehsalı olan 3 növ pilotsuz təyyarə var. Katapultla atılan qısa-orta mənzilli “Ababil” (Əbabil) hücum məqsədli ilə istifadə edilir. İran istehsalı olan “Mohajer 4” və “Yasir” adlı vasitələr isə Suriyada vətəndaş müharibəsi başladığından bəri kəşfiyyat məqsədli istifadə olunur.

Türkiyə tərəfindən vurulan təyyarənin fotolarını araşdıran mütəxəssislər vasitənin kompozit materialdan emal edilmiş “Mohajer-4” adlı pilotsuz təyyarə olduğunu müəyyən edib.

İnterpress.az