“Qarabağ”ın potensial rəqibləribackend

“Qarabağ”ın potensial rəqibləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

bu komandalardan 8-i yarışa I təsnifat mərhələsindən başlayacaq.

Artıq bu mərhələnin komandalarının hamısının adına aydınlıq gəldiyindən, onlar iki səbətə bölünüb.

Həmin mərhələnin 4 cütü ilə yanaşı, birbaşa II təsnifat mərhələsindən başlayan 30 komanda isə növbəti raundun püşkünə qatılacaq. Burada 8 çempion bilinmədiyindən bütün iştirakçılar səbətlərə bölünməyib.

Lakin yüksək reytinqli 11 çempionun səpələnmişlər sırasında olduğu artıq dəqiqdi. Onlardan da biri Azərbaycan çempionu “Qarabağ”dı. Topaz Premyer Liqasının sonuna 2 tur qalmış qızıl medalları təmin edən Ağdam klubunun ilk rəqibi isə səpələnməmişlərdən biri olacaq.

“Qarabağ”ın potensial rəqiblərindən 8-i artıq bilinir. Bunlar “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Dila” (Gürcüstan), “Vardar” (Makedoniya), “Fola” (Lüksemburq) klublarıdı. Onlarla yanaşı, Moldova və Monteneqro çempionları da səpələnməmişlərdən olacaq.

I təsnifat mərhələsindəki 4 cütdən 2-si də çempionumuza rəqib ola bilər. Yalnız TNS-in yer aldığı cütün hansı səbətdə yer alacağı dəqiq deyilsə, Ermənistan təmsilçisinin təşkil edəcəyi cüt Əsasnaməyə görə, komandamıza rəqib ola bilməz. “Ventspils” (Latviya), “Skenderbeu” (Albaniya) və daha 4 ölkənin çempionu da hansı səbətə düşəcəyini gözləyir.

Bir sözlə, hazırda II təsnifat mərhələsinin 8 komandası və ilk raunddan mübarizəyə qoşulacaq 6 komanda “Qarabağ”ın potensial rəqibi sayılır.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

TNS (Uels), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra), “Pünik” (Ermənistan)

Səpələnməmişlər

“Linkoln” (Cəbəllürariq), B-36 (Farer adaları), “Kruzaders” (Şimali İrlandiya), San-Marino çempionu

II təsnifat mərhələsi

Səpələnmişlər

BATE (Belarus), “Molde” (Norveç), HİK (Finladniya), “Malmö” (İsveç), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya), “Ludoqorets” (Bolqarıstan), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “QARABAĞ” (AZƏRBAYCAN), “Videoton” (Macarıstan), Kipr və Danimarka çempionu

Səpələnməmişlər

“Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Dila” (Gürcüstan), “Vardar” (Makedoniya), “Fola” (Lüksemburq), Moldova və Monteneqro çempionları, I təsnifat mərhələsinin 3 qalibi

Qeyri-müəyyənlər

“Ventspils” (Latviya), “Skenderbeu” (Albaniya), Rumıniya, Polşa, Slovakiya, Bosniya və Herseqovina çempionları, I təsnifat mərhələsinin 1 qalibi

Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq. Təmsilçimiz ilk oyununu iyulun 14-15-də, cavab matçını 21-22-də keçirəcək.

İnterpress.az