İnterpress.az xəbər verir ki, jurnalist hazırda 1 saylı şəhər Kliniki Xəstəxananın toksikolojiya şöbəsindədir. Jurnalist səhər saat 11 radələrində həmin xəstəxanaya aparılıb və mədəsi yuyulub.
Səbinə Həşimova da bu xəbəri İnterpress.az-a təsdiqləyib. Onun sözlərinə görə, intihara cəhd edib və anasının şəkər üçün istifadə etdiyi dərmanları qəbul edib.
Xatırladaq ki, Səbinə Həşimova bundan əvvəl də dəfələrlə özünə qəsd etmək istədiyini, amma yaxınlarının müdaxiləsi ilə bunun qarşısının alındığını bildirib.
Jurnalistin bildirdiyinə görə, müstəqil işini qurmaq üçün faizlə 1000 manat pul götürüb. Daha sonra xalası qızının həyat yoldaşı Məmmədov Əli Xəlil oğlu tərəfindən həmin faiz borcu bağlanıb: “Mənə bu hal müəmmalı qaldığı üçün heç vaxt üzünü görmədiyim xalam qızının yoldaşı Əli ilə əlaqə saxladım. O, bu köməyi rəhmətlik atamın vaxtilə onlara çox köməklik etməsi ilə əlaqələndirdi. Daha sonralar işləmədiyimi bildiyi üçün ayrı-ayrı vaxtlarda qohumumuz taksi sürücüsü ilə mənə üç min, oğlu vasitəsi ilə isə min manat göndərib. Beləcə mənə köməyini artırmağa çalışıb. Axır məqamlarda yardımlarını qəbul etmədiyimi görüb əxlaqsız təkliflər etməyə başladı”.
Ancaq qarşı tərəf onun 18 min manat borclu olduğunu bildirərək polisə müraciət edib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb.
İnterpress.az