İnterpress.az xəbər verir ki, Waco polisinin etdiyi açıqlamada, bir restoranda iki qrup arasında başlayan mübahisənin əvvəl yumruqlu sonra silahlı döyüşə çevrildiyini deyib.
Restoranın içində başlayıb daha sonra bağçasında davam edən qarşıdurmada 9 adamın öldüyü, bıçaq və güllə yarası olan 18 adamın da xəstəxanalara yerləsdirildiyi qeyd edildi.
Polis, motosikletli iki qrup arasında çıxan davanın səbəbi ilə bağlı isə şərh verməyib.
Qarşıdurmaya çoxlu sayda adamın qarışdığı və polisin hadisə yerindən xeyli silah ələ keçirdiyi bildirilir. Səlahiyyətlilər, motosikletli qruplar arasında uzun müddətdir çəkişmə olduğunu ifadə edib.
Polisin, qruplar arasında qarşıdurma çıxa biləcəyi ehtimalı üzərinə əvvəldən tədbir aldığı bildirilərkən, ölən 9 adamın polis tərəfindənmı yoxsa qruplar tərəfindənmi öldürüldüyüni hələ açıqlanmayıb.
Polisin, qrupların təkrar qarşıdurmasını əngəlləmək üçün bölgədə təhlükəsizlik tədbirlərini artırdığını qeyd edib.
İnterpress.azhttps://youtube.com/watch?v=ufe5ZqnVm-U