Hakim Rauf Əliyevin sədrliyi ilə hazırlıq iclası olub. E.Xudaverdiyevin anket məlumatları dəqiqləşdirilib. Prosesin ilkin baxış iclası mayın 25-ə təyin edilib.
Qeyd edək ki, Emil Xudaverdiyev 24 iyul 2014-cü ildə parkda Gürcüstan Vətəndaşı Kençoşvili Varlamoviçlə təsadüfən rastlaşıb. Onlar birlikdə pivə içdikdən sonra “Koroğlu” metrostansiyasının yaxınlığına gəlib orada pivə içiblər. İçkili olan Z. Kençoşvili Emil Xudaverdiyevə qeyri-təbii yolla seks təklif edib. Bundan hiddətlənən E. Xudverdiyev qisas məqsədilə gürcü vətəndaşın kubiklə başına və bədəninə bir neçə dəfə vurub. O hadisə yerindəcə ölüb. Əvvəllər məhkum olunan E.Xudaverdiyev ölkədən qaçmaq istərkən Qazaxda saxlanılıb. ( qafqazinfo.az )
İnterpress.az