Estoniya Moskvaya son qatarı göndərdibackend

Estoniya Moskvaya son qatarı göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 65 illik marşrutun ləğvinə səbəb sərnişin sayında 45 faizə qədər azalma olub.

Estoniya qatar yolu şirkəti “Go Rail” ayin əvvəlində Sankt-Peterburq səfərlərini də ləğv etmişdi. “Go Rail”a aid qatarın son səfəri isə Moskvadan Tallinə bu gecə reallaşacaq.

“Go Rail” şirkətinin direktoru Alar Pinsel marşrutun ləğvini sərnişin sayında 45 faizə çatan azalma ilə əlaqələndirib. Şirkət sərnişin sayında azalmanın yaratdığı kəsiri doldurmaq üçün fond dəstəyi tapa bilməyib.

Estoniya Dövlət Dəmiryolu – “Eesti Raudtee”nin Moskva-Tallin səfərlərinin davam etməsi üçün görüşlərin keçirildiyini bildirib.

Rusiyada rublun devalivasiya səbəbi ilə vətəndaşlar xaricdə tətilə getməkdənsə, ölkədə qalmağa üstünlük verirlər. Baltik ölkələrinə səyahətin azalmasına iqtisadi problemlərin da təsir etdiyi bildirilir.

İnterpress.az