Fərhad Əliyevin qardaşı prezident mükafatçısının torpağını əlindən alırbackend

Fərhad Əliyevin qardaşı prezident mükafatçısının torpağını əlindən alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, Bakı şəhər sakini Molodsova Natalya Aleksandrovna İnterpress.az-a müraciət edərək ikinci dünya müharibəsi veteranı olan atasına İcraiyyə Komitəsi tərəfindən Bilgəhdə verilmiş torpaq sahəsinin əllərindən alındığını bildirib.

Şikayətçinin sözlərinə görə, torpaq sahəsinin atasına və atasının vəfatından sonra 1987-ci ildə anasına verilməsi ilə bağlı bütün müvafiq sənədlər mövcuddur. Müqavilələrə əsasən 1701 N-li 14 sot ərazi Aleksandr Molodsova verilib. Uzun müddət ərazidə heç bir tikinti işləri aparılmayıb, sadəcə tor məftillə hasarlanıb: “Mən özüm uzun müddət Uşaq İnfeksion Xəstəxanasında şöbə müdiri işləmişəm. Prezidentin sərəncamı ilə tibbin inkişafndakı xidmətlərimə görə oredenlə təltif olunmuşam. 2003-cü ilə anam vəfat etdi. Bundan sonra torpaq sahəsinə baş çəkəndə hasara alındığını gördük. Öyrəndik ki, torpaq sahəsini Əlipənah Əliyev hasara aldırıb. Aydın idi ki, biz onlarla mübarizə apara bilməyəcəkdik. Ancaq bununla belə sözügedən torpaq sahəsinin qanunu mülkiyyətçisinin müəyyənləşdirilməsi məsələsini hüququ yolla həll etməyə çalışdıq. “Varidat” hüquq şirkətindən Hüseynov Elmar adlı vəkillə müqavilə bağladım. 2010-cü idə məhkəmə məni varis olaraq tanıdı. Ancaq bundan sonra torpaq sahəsinə iddia edənlər də faəliyyətə başladılar”.

Natalya Molodsovanın sözlərinə görə, torpaq sahəsinin kimə məxsus olması ilə bağlı əlaqədar qurumlara göndərilən müraciətlərə cavablar uzun müddət gecikdirilib: “Məsələn Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu göndərildi, ancaq cavab 4 aydan sonra verildi. Cavab olaraq bildirilirdi ki, arxiv cizgilərində uyğunsuzluq var. Yaxud 914 və mənə məxsus olan 1701 N-li sahələr Komitədə qeydiyyatdan keçmədiyinə görə sorğuya dəqiq cavab verilməsi mümkün deyil. Bundan başqa Əlipənah Əliyevin oğlu Elnur Əliyevə Bağlar Təsərüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilən müqavilədə də nöqsanlar var. Müqavilədə onun bağlandığı tarix göstərilməyib, möhür isə ümumiyyətlə oxunmur. Bunu mənim yeni vəkilim dərhal aşkarladı. Ancaq məhkəmə artıq qərar çıxarmışdı və müharibə veteranı olan atama dövlət tərəfindən verilmiş torpaq sahəsini başqaları mənimsəməyə çalışırlar”.

Məsələ ilə bağlı əlaqədar qurumlara dəfələrlə müraciət etdiyini deyən Natalya Molodsovanın sözlərinə görə, vəkilin bir baxışla müəyyən etdiyi nöqsanı məhkəmə müəyyən edə bilməyim: “Bu, o qədərmi çətindir? Sənədlərdən də aydın olur ki, Elnur Əliyevin adına verilmiş müqavilədə nöqsanlar var. Mənim isə bütün sənədlərim doğrudur. Sadəcə mənim həmin torpaq sahəsi üzərindəki varislik hüququmu ləğv edəndə müqavilənin müddətinin uzadılmadığını əsas gətiriblər. Halbuki həmin ərazidə bizim müqavilə ilə eyni hüquqa malik olan müqavilələrə əsasən evlər tikilib, yaşayış var. O zaman bütün sahələr qanuni sahiblərinin əlindən alınmalıdır?”

Qeyd edək ki, işə Ali Məhkəmədə baxılacaq.

Fərhad Əliyevin qardaşı prezident mükafatçısının torpağını əlindən alır

Fərhad Əliyevin qardaşı prezident mükafatçısının torpağını əlindən alır

Fərhad Əliyevin qardaşı prezident mükafatçısının torpağını əlindən alır

Fərhad Əliyevin qardaşı prezident mükafatçısının torpağını əlindən alır

Fərhad Əliyevin qardaşı prezident mükafatçısının torpağını əlindən alır

Elnarə
İnterpress.az