795 minlik çantanı 2 dollara satan şirkətə qarşı ittihambackend

795 minlik çantanı 2 dollara satan şirkətə qarşı ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gucci, Yves Saint Laurent kimi markaların sahibi Kering SA e-ticarət platformasında təqlid məhsul satışına qarşı kifayət qədər tədbir götürmədiyi iddiasıyla “Alibaba GROUP Holdinq”i ABŞ-da məhkəməyə verib.

Şirkət “Alibaba”nın istehlakçılara məhsulların saxtalarını tapmasını asanlaşdıran bir proqramdan istifadə etdiyini, bu məhsulların satışını təşviq edərək bu işdən mənfəət əldə etdiyini irəli sürüb. Kerinq SA şirkəti 795 dollarlıq “Gucci” çantalarının 2 dollarlıq bənzərini satmaqla ittiham edir. Aprel ayında da təxminən min üzvü olan Amerika Geyim və Ayaqqabı Birliyi “Alibaba”nı Taobao internet saytında təqlid məhsulların satılmasına göz yummaqla günahlandırmışdı.

\”2 ildə 160 milyon dollar xərclədim\”

“Alibaba Group Holding” isə e-ticarət platformalarında təqlid məhsullarla mübarizə etmək üçün 2013-2014-ci illərdə 2 min adam cəlb etdiyini və 160 milyon dollar xərclədiyini bildirib. Kerinq SA ötən ilin iyununda eyni iddialarla qarşılaşmışdı. Ancaq iki şirkət təqlid məhsullarla birlikdə mübarizə etmək üçün anlaşdıqdan sonra şikayət iki həftə sonra geri götürülmüşdü.

İnterpress.az