Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və daxili işlər nazirinin müavini Oruc Zalov yanğın baş verən ərazidədir.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. ( apa )
İnterpress.az