Artıq yaşayış binasında qalan şəxslərdən 6 nəfər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib. Hazırda binada qalan digər şəxslərin xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğın baş verən binada ölənlərin olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, yanğın baş verən binadan 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirib.
Qeyd edək ki, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.
İnterpress.az