Bunu III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, sonda sammitin yekunlarına dair Bəyannamə qəbul ediləcəyini söyləyib: “Bəyannamə üzrə müzakirələr gedir. Azərbaycanın Riqa sammitindən gözləntiləri var. Hələlik danışıqlar aparılır. Bu proses başa çatandan sonra detalları açıqlamaq olar”.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı məsələyə də münasibət bildirən nazir müavini qeyd edib ki, bununla bağlı suallar və təkliflər gəlib, hazırda bu məsələyə baxılır.
Qeyd edək ki, mayın 21-22-də Latviyanın paytaxtı Riqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının zirvə toplantısı keçiriləcək.
İnterpress.az