İnterpress.az ingilis mətbuatına istinadən xəbər verir ki, Pakistan Səudiyyə Ərəbistanına nüvə silah satmağa hazırdır. İranın 5 + 1 ölkələriylə əldə etdiyi ilkin nüvə razılaşmasının bölgə ölkələrinin strateji hücumları üzərində nə kimi təsir yaradacağı uzun müddətdir müzakirə edilir. İngiltərənin nüfuzlu qəzetlərindən “Times” İranın nüvə silah əldə edəcəyi halda Səudiyyə Ərəbistanının da Pakistandan nüvə silah satın alacağı iddiasını ortaya atıb.
“Sunday Times” adını açıqlamayan ABŞ-lı bir kəşfiyyat səlahiyyətlisinin “Səudiyyəlilər üçün vaxt gəlib çatıb. Səud xanədanı ilə Pakistan arasında uzun müddətdir növbəsini gözləyən bir razılaşma var idi\” ifadələrinə yer verib.
\’\’Biz də eynisindən alarıq\’\’
Səudiyyə kralı Abdullahın 2009-ci ildə ABŞ-lı rəsmilərə “Tehran nüvə silah əldə etsə, biz də təmin edəcəyik\” deməsi də xəbərdə yer alır. Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat rəisi Şahzadə Turki əl-Faysal da Cənubi Koreyada qatıldığı bir təhlükəsizlik zirvəsində \”İranlılar nəyə sahib olursa, biz də eynisindən alırıq\” demişdi.
Hər an reallaşa bilər
Məsələ ilə bağlı şərh verən sabiq İngiltərə xarici işlər naziri Lord David Owen \”Aralarındakı yaxın əlaqə və hərbi bağlara baxılsa, Pakistan, Səudiyyə Ərəbistanına hər an nüvə başlıqlı raketlər verə bilər\” deyib. ABŞ-lı rəsmilərin ehtimallarına görə, mərmi daşınması hələ reallaşmayıb, lakin hər an reallaşa bilər.
Bölgəni təqib edən mütəxəssislər İranın və ardından da Səudiyyə Ərəbistanının nüvə silahı əldə etməsinin bölgədəki digər ölkələrdə də buna bənzər bir istək yaradacağından narahatdırlar.
BBC Səudiyyə Ərəbistanının əlində 2 min 500 kilometr mənzilli, taxılan nüvə başlıqlı mərmilər olduğunu bildirib.
Səudiyyəlilər Şərifin həyatını xilas etmişdi
Ölkəsində 1999-ci ildə çevriliş olana qədər baş nazir vəzifəsini icra edən Navaz Şərifə hərbi rəhbərlik tərəfindən edam ya da ömürlük həbs cəzası verilməsi gözlənilirdi. Dövrün Səudiyyə Ərəbistanı Kralı Fahdin də təşəbbüsü ilə Navaz Şərifə 10 il sürgün cəzası verildi. 21 il siyasətə girməyəcəyinə və ölkəsindəki mal varlıqlarından vaz keçəcəyinə dair söz verən Şərif Səudiyyə Ərəbistanı Havayolları ilə Ciddəyə gəldi, burada onun üçün hazırlanan və “Şərif villası” adı verilən mənzildə qaldı.
İnterpress.az