Yanan binanın sakinləri sanatoriya və koteclərə yerləşdirilib – AÇIQLAMAbackend

Yanan binanın sakinləri sanatoriya və koteclərə yerləşdirilib – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib. O qeyd edib ki, evsiz qalan ailələr müvəqqəti olaraq dünəndən ayrı-ayrı sanatoriyalarda, koteclərdə, təyin edilən evlərdə yerləşdirilib.
Nailə Məmmədovanın sözlərinə görə, hadisə zamanı həlak olanların dəfn mərasimləri də dövlət hesabına həyata keçiriləcək: “Yas və dəfn mərasimlərinin təşkili dövlət hesabına reallaşacaq. Sözsüz ki, kim öz yaxınını hansı qəbiristanlıqda dəfn edilməsini istəyəcəksə, bu da nəzərə alınacaq.

Təcili həyata keçirilməli olan məsələlər artıq icra olunub, bundan sonra nə olacağı barədə rəsmi məlumatım yoxdur”.

Səhiyyə Nazirliyinin son açıqlamasında görə, mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanındakı 16 mərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər həyatını itirib, xəstəxanalara yerləşdirilənlərdən əksəriyyəti evə buraxılıb,14 nəfər isə müalicəsini davam etdirir.

İnterpress.az